“Apple” Azərbaycanın planşet bazarındakı payının 66,4 %-ni itirib
- 05 dekabr, 2024
- 08:44
Bu ilin noyabr ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 81,52 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin noyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 36,49 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 23,75 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 16,26 faiz bəndi, illik isə 16,83 faiz bəndi azalaraq 9,1 % təşkil edib. Beləliklə də şirkət ötən ilin noyabrına nisbətən bazar payının 66,4 %-ni itirib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 8,34 faiz bəndi, illik isə 4,44 faiz bəndi azalaraq 4,13 % olub.
Dördüncü pillədə qərarlaşan “Honor”un bazar payı aylıq 5,07 faiz bəndi azalaraq, illik isə 0,63 faiz bəndi artaraq 2,35 % təşkil edib.
İlk beşliyi 1,79 %-lik bazar payı ilə adları açıqlanmayan brendlər qapayır. Onların bazar payı əvvəlki aya nisbətən 3,55 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,86 faiz bəndi azalıb.