AMEA-nın "Yüksək Texnologiyalar Parkı"nın Baş Planı təsdiq edilib

AMEA-nın "Yüksək Texnologiyalar Parkı"nın Baş Planı təsdiq edilib Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasına məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin Baş Planını təsdiq edib.
İKT
5 Noyabr , 2021 14:49
AMEA-nın Yüksək Texnologiyalar Parkının Baş Planı təsdiq edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasına məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin Baş Planını təsdiq edib.

Bu barədə "Report"a Parkın baş direktoru Vasif Abbasov məlumat verib.

Onun sözlərinə görə, Baş Planın təsdiqlənməsi mövcud maddi-texniki bazanın daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Yüksək Texnologiyalar Parkı" yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılmış Park elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir.

Son xəbərlər

Orphus sistemi