AMB: “Azərbaycana kiberhücumların aktivliyi artıb”

AMB: “Azərbaycana kiberhücumların aktivliyi artıb” ​​​​​​​Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri kiberhücumların aktivliyi artıb.
İKT
21 Sentyabr , 2023 13:22
AMB: “Azərbaycana kiberhücumların aktivliyi artıb”

Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri kiberhücumların aktivliyi artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev "Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023" tədbirində çıxışı zamanı bildirib.

O deyib ki, ötən iki gün ərzində bir çox sistemə olan hücumların aktivliyi artıb: “Xüsusilə DDoS, fişinqlərlə bağlı kifayət qədər hücumlar qeydə alınıb".

Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20-i tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Son xəbərlər

Orphus sistemi