“Airbus”: Kosmosda innovasiyalar əməkdaşlıqla irəliləyir

“Airbus”: Kosmosda innovasiyalar əməkdaşlıqla irəliləyir Kosmosda innovasiyaları təkbaşına irəli aparmaq mümkün deyil.
İKT
25 aprel 2025 11:05
“Airbus”: Kosmosda innovasiyalar əməkdaşlıqla irəliləyir
Joe Cotti

Kosmosda innovasiyaları təkbaşına irəli aparmaq mümkün deyil.

“Report” xəbər verir ki, bunu “Airbus” şirkətinin Avropa və Mərkəzi Asiya üzrə satış meneceri Joe Cotti Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.

“Peyklər hazırda “Airbus”da kosmik sistemlər tərəfindən inşa edilir. Bakıda keçirilən bu konfransda şirkət olaraq OneSat peykimizi təqdim edərək maraqlı tərəfləri əməkdaşlığa dəvət edirik. Biz həm sahib olduğumuz böyük platformaların irsini, həm də indi bizdə olan yeni seriyaları birləşdirərək bu unikal məhsulu yaratdıq. Və niyə biz bunu etdik? Məqsəd hazırda mövcud olan çox böyük bazarı əhatə etməkdir,” – deyə o qeyd edib.

Belə ki, J. Cottinin sözlərinə görə, OneSat orbitdə tam yenidən konfiqurasiya edilə bildiyi, iqtisadi cəhətdən səmərəli, tam elektrik olduğu üçün, o, hər bir böyük bazarı, hər bir missiyanı əhatə etməyə imkan verir: “Biz bir əsas göstəricini təkmilləşdirəcəyik, bu da ayırdetmə qabiliyyətidir. Peyk daha yaxşı, və ya 30 santimetrlik ayırdetmə qabiliyyətindən çox daha yaxşı nəticə təmin edəcək”.

O hesab edir ki, “Airbus”un OneSat peykləri orbitdə tam yenidən proqramlaşdırıla bilən, modul quruluşlu və proqram təminatla idarə olunan sistemlərdir: “Bu peyklər orbitdə olarkən missiya parametrlərinə uyğun olaraq konfiqurasiya edilə bilər və bu, onları daha çevik və iqtisadi cəhətdən səmərəli edir” .

Orphus sistemi