ABŞ-da süni intellekt maliyyə sistemi üçün potensial risklər siyahısına əlavə edilib

ABŞ-da süni intellekt maliyyə sistemi üçün potensial risklər siyahısına əlavə edilib Amerika Maliyyə Sabitliyinə Nəzarət Şurası ölkənin maliyyə sistemi üçün potensial risklər siyahısına süni intellekti (AI) əlavə edib.
İKT
15 Dekabr , 2023 08:04
ABŞ-da süni intellekt maliyyə sistemi üçün potensial risklər siyahısına əlavə edilib

Amerika Maliyyə Sabitliyinə Nəzarət Şurası ölkənin maliyyə sistemi üçün potensial risklər siyahısına süni intellekti (AI) əlavə edib.

“Report” xəbər verir ki, bu barədə qurum tərəfindən yayılan yazılı bəyanatda deyilir. “Şura ilk dəfə olaraq maliyyə xidmətləri sektorunda süni intellektin istifadəsini maliyyə sisteminə qarşı zəiflik kimi tanıyıb. Süni intellektin istifadəsi müəyyən risklər, o cümlədən təhlükəsizlik riskləri yarada bilər”, - sənəddə qeyd olunub.

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, süni intellektin sürətlə mənimsənilməsi texnologiyaya düzgün nəzarət edilmədiyi təqdirdə ABŞ maliyyə sistemi üçün yeni risklər yarada bilər.

“Şura sistem risklərinə nəzarət edir və riskli təcrübələri və maliyyə məhsullarını qadağan etmək səlahiyyətinə malikdir”.

Son xəbərlər

Orphus sistemi