Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Komanda
18 Noyabr , 2016 18:38
Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənəddə deyilir ki, Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabr ayındakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyununun 19 sentyabr-01 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, eləcə də bir çox idman növləri üzrə Dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır.

Sənədə əsasən, 2017-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri,

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi

Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti

Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi