Yuxarı

Mədət Quliyev

 - 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi



2018

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 509 nömrəli sərəncamı ilə Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

2015

Azərbaycan Respublikası Prezidentinin 20.10.2015-ci il tarixli Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirinin birinci müavini təyin edilib. Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli sərəncanı ilə Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

2012

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

2011

Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

2006

2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

2005

Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi verilib. Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.

2004

2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsində çalışıb.

2002

2002-2004-cü illərdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

1996

1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi vəzifəsində çalışıb.

1995

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. 1995-1996-cı illərdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi vəzifəsində çalışıb.

1994

1994-1995-ci illərdə DİN-İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi vəzifəsində çalışıb.

1992

1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi vəzifəsində çalışıb.

1983

1983-cü ildən daxili işlər orqanlarında xidmət edib. Cinayət-axtarış və mütəşəkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb.

1980

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib.

1958

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olub.