Yuxarı

Yaqub Eyyubov

 - 

Azərbaycan Respublikası baş nazirinin birinci müavini



2003

2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

1999

1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsində çalışıb.

1997

1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışıb.

1994

1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilib. Texnika elmləri doktoru, professordur.

1975

1975-1997-ci illərdə Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 0.5 ştatla baş müəllim əvəzi, dekan müavini, baş müəllim, dosent, dekan vəzifəsini müvəqqəti icra edən, elmi işlər üzrə prorektor, kafedra müdiri vəzifələrində işləyib.

1973

1973-1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olub.

1972

1972-1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı olub.

1970

1970-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi olub.

1964

Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb. 1964-1967-ci illərdə ordu sıralarında qulluq edib.

1963

1963-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olub.

1945

Eyyubov Yaqub Abdulla oğlu 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olub