Qobustanın bir kəndinə təbii qaz verilib

Qobustanın bir kəndinə təbii qaz verilib Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Qobustan rayonunun Şıxzahırlı kəndinə təbii qaz verilib.
İnfrastruktur
11 Dekabr , 2018 15:23
Qobustanın bir kəndinə təbii qaz verilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Qobustan rayonunun Şıxzahırlı kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, 143 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 999 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi