Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib

Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanda sərnişin və yük daşınmasında iştirak edən nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib.
İnfrastruktur
25 İyul , 2018 13:19
Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Report
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ "Azərbaycanda sərnişin və yük daşınmasında iştirak edən nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib".

"Report"un məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələrinini magistral yollarda istifadə edilməsi yol qəzalarının baş verməsinə səbəb olur.

Onun sözlərinə görə, həm yerli, həm də beynəlxalq yük və sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrinin yenilənməsinə ehtiyac var: “Bu istiqamətdə islahatlar aparılmalıdır. Bununla bağlı müəyyən layihələr və təkliflər hazırlanır, işlər tam başa çatdıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik”.

Son xəbərlər

Orphus sistemi