Gələn ay Soçidən Bakıya aviareys açılacaq
İnfrastruktur
- 02 oktyabr, 2018
- 13:08
Bakı. 2 oktyabr. REPORT.AZ/ Rusiyanın "Ural Hava Yolları" şirkəti noyabrın 3-dən Soçi-Bakı-Soçi marşrutu üzrə aviareyslərin yerinə yetirilməsinə başlayacaq.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, uçuşlar hər həftənin şənbə günü "Airbus A-320" markalı təyyarələrlə həyata keçiriləcək.
Təyyarə Soçidən saat 18:30-da havaya qalxacaq və saat 21:20-də Bakıya çatacaq. Azərbaycan paytaxtındakı geriyə dönüş isə saat 22:20-də baş tutacaq və təyyarə saat 23:15-də Soçiyə çatacaq.
Birtərəfli bilet üzrə minimal tarif 8 154 rubl (təxminən, 210-220 manat) təşkil edəcək.
Son xəbərlər
23:25
BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib
Digər ölkələr23:18
Dünya Banki Ukraynaya enerji sisteminin bərpası üçün 40 milyon dollar göndərəcək
Digər ölkələr23:04
Tramp: Hindistan Rusiyadan neft almayacaq
Digər ölkələr22:52
Premyer Liqa: "Qarabağ" və "Sabah"ın XX turdakı səfər oyunlarının başlama tarixləri bəlli olub
Futbol22:48
Xamenei: İrandakı etirazlar ABŞ tərəfindən təşkil olunub
Region22:36
Əraqçi: İran qarşılıqlı hörmətə əsaslanan diplomatiyaya açıqdır
Region22:30
BMT İrana yeni rezident-əlaqələndiricisi təyin edib
Digər ölkələr22:22
Foto
Venesuela və digər səkkiz ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirib
Digər ölkələr22:07