Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, görüşdə 10-a yaxın şəxs iştirak edib.
Millət vəkili xüsusi diqqətə ehtiyacı olan şəxslərin sosial qayğıları ilə maraqlanıb. Görüş iştirakçılarını narahat edən məsələlərlə bağlı qeydlər aparılıb. Həmin çətinliklərin qısa müddətdə aradan qaldırılacağı bildirilib. Görüşdə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən danışılıb. Dövlət başçısı
Qeyd edək ki, 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycan 2006-cı ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub.