BNA güclü küləyə görə ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb

BNA güclü küləyə görə ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb BNA: "Küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür"
İnfrastruktur
18 Mart , 2019 12:17
BNA güclü küləyə görə ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb
0 : 00
0 : 00

Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə agentliyin mobil qrupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.

“Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülərə isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”, - məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi