Bakının Səbail və Qaradağ rayonlarında ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinliklər aradan qaldırılıb

Bakının Səbail və Qaradağ rayonlarında ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinliklər aradan qaldırılıb Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə operativ tədbirlər nəticəsində paytaxtın Səbail və Qaradağ rayonlarında (cənub istiqamətində), o cümlədən də Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinlikləri aradan qaldırılıb.
İnfrastruktur
23 Aprel , 2019 16:12
Bakının Səbail və Qaradağ rayonlarında ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinliklər aradan qaldırılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə operativ tədbirlər nəticəsində paytaxtın Səbail və Qaradağ rayonlarında (cənub istiqamətində), o cümlədən də Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinlikləri aradan qaldırılıb.

Bu barədə “Report”a BNA-dan bildirilib. 

Məlumata görə, ilk növbədə, Lökbatan-Funikulyor Bəhram Gur heykəli istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib. Bununla yanaşı, 5A xətt üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Qeyd edilən hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb. 

Məlumat üçün bildiririk ki, yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə 30 qəpik müəyyən edilib. Bu marşrut xətti üzrə avtobuslar yollarda məhdudiyyət tam aradan qaldırılana qədər sərnişinlərə xidmət göstərəcək. 

Son xəbərlər

Orphus sistemi