Yuxarı
    Bağlamaq

    Kukla Teatrı Yunanıstanda Azərbaycan mədəniyyəti həftəsində iştirak edib

    Səfər mayın 28-dən iyunun 6-dək davam edib

    Bakı. 7 iyun. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Yunanıstandan qayıdıb. 

    "Report" xəbər verir ki, teatr Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, eləcə də Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə mayın 28-dən iyunun 6-dək keçirilmiş Azərbaycan mədəniyyəti həftəsində iştirak edib.

    Teatr bir həftə ərzində Afina, Haniya, Retimnon, İraklion, Sitian şəhərlərinin teatr səhnələrində on tamaşa nümayiş etdirib. Onların arasında Kamran Şahmərdanın “Ağ və Qara”, Qurban Məsimovun “Çanta trio və ...”, eləcə də “Zəng” adlı mono-tamaşası da olub. 

    Eyni zamanda, teatr Afinadakı Uşaq Onkoloji Mərkəzində də tamaşa ilə çıxış edib və YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoya tərəfindən "ELPİDA” Uşaq və Dostlar Assosiasiyasının təşəkkür məktubu, hər bir üzvə isə dostluq medalları təqdim olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi