Heydər Əliyev Fondu bölgələrdə konsertlər təşkil edəcək

İncəsənət
  • 29 aprel, 2019
  • 12:33
Heydər Əliyev Fondu bölgələrdə konsertlər təşkil edəcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq.

Fonddan "Report"a verilən məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək.

Konsert proqramında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək.

Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək.

Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq. 

Son xəbərlər

Bütün Xəbər Lenti