Bəstəkar Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək

İncəsənət
  • 06 sentyabr, 2018
  • 11:24
Bəstəkar Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək. 

"Report" xəbər verir ki, gecədə tanınmış estrada ulduzları ilə yanaşı, Azərbaycan vokalçıları da çıxış edəcək. 

Oktyabrın 4-də Heydər Əliyev Sarayında keçiriləcək gecədə ifaçıları Televiziya və Radionun Niyazi Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Nazim Hacıəlibəyov) və “Qaytağı” Ansamblının (bədii rəhbər xalq artisti Ənvər Sadıqov) müşayiət edəcək.