Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi ilə "DAAL Venture Capital" arasında anlaşma memorandumu imzalanıb.
“Report” xəbər verir ki, imzalanma bu gün Bakıda keçirilən "Monex Caspian Summit" çərçivəsində baş tutub.
Anlaşma memorandumuna uyğun olaraq Fond yaradılacaq. Fond Azərbaycandakı startaplara investisiya yatıracaq. Real təşəbbüsü göstərmək üçün sabah "Monex Caspian Summit"i çərçivəsində Fonddan kənar Azərbaycan startaplarına qoyulmuş investisiyaların həcmi açıqlanacaq.
İyunun 1-nə qədər davam edəcək tədbirin əsas tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
"Monex Caspian Summit”də, maliyyə texnologiyaları və bank sənayesinin ən mühüm liderləri bir araya gəlib. Tədbirdə 300-dən çox yerli və xarici şirkətin, regional dövlətlərin Mərkəzi Banklarının, “PAŞA Bank”, “Societe Generale”, “Sberbank”, “ING Bank”, “AliBaba.com”, “Mastercard”, “Oracle” kimi müəssisə və şirkətlərin spikerləri, investorlar, bankirlər iştirak edir. Tədbirdə startuplarla bağlı böyük məbləğdə investisiya elanları olacaq.
Sammitdə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlərlə, həmçinin, dünyanın ödəniş, təhlükəsizlik, DATA və informasiya texnologiyaları şirkətləri ilə görüşlər, tanışlıqlar, panel müzakirələri, peşəkar komanda tərəfindən təşkil olunan “B2B” görüşlər, start-up şirkətləri üçün dinləyicilər qarşısında eal investisiya və potensial müştərilərlə tanışlıq imkanı olacaq.