Nazir: “Son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır”

İKT
  • 13 dekabr, 2018
  • 10:55
Nazir: “Son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır”

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakıda "Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans başlayıb. 

"Report" xəbər verir ki, tədbiri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıb.

O qeyd edib ki, ölkədə iqtisadiyyatın innovativ inkişafı üçün ciddi addımlar atılır.

"Ölkədə texnoparklar, biznes inkubatorlar yaradılır. Təcrübə göstərir ki, innovativ layihələrin böyük əksəriyyəti məhz informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır",-  nazir bildirib.

R.Quluzadənin sözlərinə görə, son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır: "Bu gün blokçeyn texnologiyaları təkcə rəqəmsal pul vahidləri kimi deyil, həmçinin sistem reyesterlərində, elektron imza kimi sahələrdə də istifadə edilir. Hesab edirik ki, bu texnologiyalar ölkəmizdə də geniş şəkildə tətbiq olunmalıdır".