ABŞ Federal Mülki Aviasiya Administrasiyası milyarder İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən yaradılan “Starship” kosmik gəmisinin suborbital sınaq uçuşları üçün lisenziya verib.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd cümə günü agentliyin saytında yerləşdirilib.
“SpaceX”ə “Starship” gəmisindən çoxsaylı raket-daşıyıcı buraxılışları həyata keçirməyə icazə verilir. Bu lisenziya ilə icazə verilən uçuş missiyaları çərçivəsində havaya qalxma və enmə Texasdakı Boka Çika kosmodromunda həyata keçiriləcək”, - sənəddə deyilir.
Qeyd edək ki, uzunluğu 50 metr və diametri 9 metr olan “Starship” gəmisi lehimli poladdan hazırlanıb, onun açıqlanan yükgötürmə qabiliyyəti 150 tondur. Bu kosmik gəmi Marsa uçuş üçün hazırlanıb və 100 nəfərlikdir.