“Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edilib

“Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edilib Bakı. 26 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli qərarda dəyişiklik edib.
İKT
26 Oktyabr , 2018 01:29
“Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli qərarda dəyişiklik edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 1.3-cü bəndi (Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu) ləğv edilib.

Son xəbərlər

Orphus sistemi