“Azərkosmos” və BƏƏ şirkəti Yaxın Şərq və Avropada birgə işləyəcək

“Azərkosmos” və BƏƏ şirkəti Yaxın Şərq və Avropada birgə işləyəcək “Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən “TheAngle” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
İKT
6 May , 2020 14:46
“Azərkosmos” və BƏƏ şirkəti Yaxın Şərq və Avropada birgə işləyəcək

“Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən “TheAngle” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib. 

Müqaviləyə əsasən “Azərkosmos” və “TheAngle” şirkəti Yaxın Şərq və Avropa regionlarında etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.

Qeyd edək ki, sözügedən şirkət Yaxın Şərq və Avropa regionlarında telekommunikasiya sahəsində genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təklif edir.

”TheAngle” ilə davamlı əməkdaşlığımız peyk bazarında mövcudluğumuzu gücləndirəcək və bizə daha çox müştəriyə xidmət etmək imkanı verəcək”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye bildirib.

"Bu əməkdaşlıq Yaxın Şərqin enerji sektorunda şirkətimizin peyk xidmətləri üzrə etibarlı provayder mövqeyini daha da möhkəm-ləndirəcək", – deyə “TheAngle” şirkətinin Baş direktoru Hassam Karim qeyd edib.

Son xəbərlər

Orphus sistemi