“Apple” şirkəti yeni iPhone modellərinin istehsalını azaldacaq

“Apple” şirkəti yeni iPhone modellərinin istehsalını azaldacaq Bakı. 9 yanvar. REPORT.AZ/ Bu ilin birinci rübündə “Apple” yeni XS, XS Max, XR smartfon iPhone modellərinin istehsalını 10 faiz azaldacaq.
İKT
9 Yanvar , 2019 12:33
“Apple” şirkəti yeni iPhone modellərinin istehsalını azaldacaq
0 : 00
0 : 00

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu ilin birinci rübündə “Apple” yeni XS, XS Max, XR smartfon iPhone modellərinin istehsalını 10 faiz azaldacaq.

“Report” “Nikkei Asian Review”yə istinadən xəbər verir ki, ötən həftə son 16 ildə ilk dəfə “Apple”in gəlir proqnozu zəiflədiyindən səhmləri də ucuzlaşmışdı. Yanvarın 2-də şirkətin rəhbəri Tim Kuk iPhone satışlarının, o cümlədən Çin bazarında da, gözlənilənləri doğrultmadığını bildirmişdi, mütəxəssislər smartfon satışlarının daha da çox azalmasından ehtiyat edirdilər.

Mənbələrə görə, dekabr ayında “Apple” son iki ayda ikinci dəfə tədarükçülərdən iPhone və onların parçalarının istehsalını azaltmağı xahiş edib. Başqa bir mənbənin sözlərinə görə, iPhone istehsalının illik həcmi daha əvvəlki proqnozdakı 47-48 milyonadək yox, 40-43 milyonadək, yəni 20 faizdən artıq azala bilər.

“Apple” istehsalat həcminə dair proqnozlara şərh verməyib.

Son xəbərlər

Orphus sistemi