Yevlaxda Azərbaycan və Türkiyə aviasiya vasitələrinin təlimi keçirilib

Yevlaxda Azərbaycan və Türkiyə aviasiya vasitələrinin təlimi keçirilib “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi aviasiya vasitələrinin uçuşları davam edir.
Hərbi
10 Sentyabr , 2019 12:24
Yevlaxda Azərbaycan və Türkiyə aviasiya vasitələrinin təlimi keçirilib

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi aviasiya vasitələrinin uçuşları davam edir.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Yevlax rayonunda keçirilən təlimlərdə pilotlarla uçuşöncəsi brifinq keçirilib. 

Bildirilib ki, Azərbaycan və Türkiyə aviasiya vasitələrinin uçuşlarını həyata keçirmək üçün uçuş zolağı tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, sentyabrın 2-dən start götürən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Sentyabrın 16-da yekunlaşacaq təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi