Azərbaycan və Almaniya hərbi əməkdaşlıq planına əsasən seminar keçirilib

Hərbi
  • 31 oktyabr, 2018
  • 07:56
Azərbaycan və Almaniya hərbi əməkdaşlıq planına əsasən seminar keçirilib
mod.gov.az

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Hərbi təhlükəsizlik siyasəti” mövzusu üzrə elmi-praktik seminar keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə almaniyalı ekspertlər tərəfindən, Hərbi Akademiyanın dinləyiciləri, eləcə də hərbi strategiya sahəsində çalışan professor-müəllim heyətinə mühazirələr təqdim olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti