Yuxarı

Azərbaycan DSX ilə İran Sərhəd Qoşunları arasında protokol imzalanıb

Dinlə
© dsx.gov.az

Bakı. 12 dekabr. REPORT.AZ/ İranın Sərhəd Qoşunlarının komandanı general-ma­yor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. 

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nin Aparatında İranın Sərhəd Qoşunlarının nümayəndə heyəti ilə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti arasında səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin və əldə olunan razılaşmaların nəticələrini təsbit edən protokol hazırlanıb, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İranın Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi tərəfindən imzalanıb. 

Protokolda tərəflər arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın geniş­ləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərə­kətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cüm­lədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiya­nın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlu­mat mübadiləsinin həyata keçiril­məsi nəzərdə tutulub. 

İran nümayəndə heyəti Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkil etdiyi “Çövkən” Milli Atüstü oyunu üzrə Prezident Kuboku çərçivəsində “Sərhədçi” çövkən komandası ilə “Omar” çövkən komandası arasında oyuna tamaşa ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi