Zakir Həsənov: Ermənistanın silahlanma siyasətini davam etdirməsi sabitlik üçün ciddi təhdiddir

Zakir Həsənov: Ermənistanın silahlanma siyasətini davam etdirməsi sabitlik üçün ciddi təhdiddir Ermənistanın silahlanma siyasətini davam etdirməsi regiondakı sabitlik üçün ən ciddi təhdiddir.
Hərbi
10 Sentyabr , 2024 17:40
Zakir Həsənov: Ermənistanın silahlanma siyasətini davam etdirməsi sabitlik üçün ciddi təhdiddir

Ermənistanın silahlanma siyasətini davam etdirməsi regiondakı sabitlik üçün ən ciddi təhdiddir.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündən sonra keçirilən məbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan regional problemlərin region ölkələri ilə birlikdə həllində maraqlıdır: “Ermənistanın revanşist hərəkətləri hələ də davam edir. Konstitusiyasında qonşu ölkələrə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistanın silahlanması və regiondankənar ölkələrin Ermənistan vasitəsilə bölgəyə müdaxiləsi gələcəkdə sadəcə Azərbaycan üçün yox, bütün region üçün təhlükə mənbəyinə çevrilə bilər”.

Son xəbərlər

Orphus sistemi