Zakir Həsənov: “Separatizmə və terrora qarşı birgə mübarizə aparmaq sahəsində razılığa gəldik”

Zakir Həsənov: “Separatizmə və terrora qarşı birgə mübarizə aparmaq sahəsində razılığa gəldik” Azərbaycanın müdafiə naziri: “Bizim müdafiə sahəsindəki birgə əməkdaşlığımız təhlükəsizliyə, sülhə və iqtisadi inkişafa xidmət edir”
Hərbi
23 May , 2017 16:22
Zakir Həsənov: “Separatizmə və terrora qarşı birgə mübarizə aparmaq sahəsində razılığa gəldik”

Batumi. 23 may. REPORT.AZ/ “Müdafiə nazirlərinin üçtərəfli görüşündə təhlükəsizlik və müdafiə sahəsində çox mühüm məsələləri müzakirə etdik”.

“Report”un Gürücstan bürosu xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürücstanın müdafiə nazirlərinin Batumidə keçirilən üçtərəfli görüşündən sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir bildirib ki, görüşün çox gözəl nəticələri olub: “Biz bölgədəki vəziyyəti müzakirə etdik və regional təhlükəsizliyi artırmaq üçün səylərimizi artırmağı qərara aldıq. Görüşdə separatizmə və terrora qarşı birgə mübarizə aparmaq üçün də razılığa gəldik”.

Z.Həsənov vurğulayıb ki, Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə sahəsindəki birgə əməkdaşlığı tamamilə təhlükəsizliyin artırılmasına, sülhə və iqtisadi inkişafa xidmət edir.  

Son xəbərlər

Orphus sistemi