Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi

Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib.
Hərbi
670
5 İyul , 2021 17:51
Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi
0 : 00
0 : 00

Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib.

Bu barədə "Report"a şəhidin ailə üzvləri bildirib.

Belə ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Köçəsgər kəndinin 3 nömrəli küçəsinə Y.Babayevin adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci ilin iyul ayının 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olub.

O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən 2 gün sonra - iyulun 16-da onun qızı dünyaya gəlib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Y.Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi