Tel-Əvivdə Azərbaycan və İsrail müdafiə nazirlərinin görüşü keçirilib

Tel-Əvivdə Azərbaycan və İsrail müdafiə nazirlərinin görüşü keçirilib Tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər
Hərbi
11 Sentyabr , 2017 20:01
Tel-Əvivdə Azərbaycan və İsrail müdafiə nazirlərinin görüşü keçirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi