Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib

Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib Mayın 30-da Əməliyyat-taktiki fakültədə “Qərargah zabitləri” səviyyəsində təkmilləşdirmə kursunun 67-ci buraxılışına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi b
Hərbi
30 May , 2024 20:33
Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib

Mayın 30-da Əməliyyat-taktiki fakültədə “Qərargah zabitləri” səviyyəsində təkmilləşdirmə kursunun 67-ci buraxılışına həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli açaraq təkmilləşdirmə kursunun elmi mahiyyəti, ordu quruculuğu prosesində əhəmiyyətini vurğulayıb, həmçinin bu kimi kursların bilavasitə döyüş hazırlığının yüksəldilməsində müsbət təsirini qeyd edib.

Sonda təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi