Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər
Hərbi
- 22 dekabr, 2023
- 09:49
Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.
Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər
Son xəbərlər
11:55
Bürhanəddin Duran: İkinci Qarabağ müharibəsində çoxsaylı dezinformasiya kampaniyaları aparılıb
Media11:46
Çin Kamboca və Tailanda xüsusi elçi göndərib
Digər ölkələr11:46
Ömər Kocaman: Forum türk dövlətlərinin dezinformasiya ilə mübarizədə əməkdaşlığını gücləndirəcək
Media11:44
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək
Daxili siyasət11:41
Azərbaycan sahibkarları indiyə qədər 616 investisiya təşviqi sənədi alıblar
Biznes11:39
Elnur Əliyev: "11 ayda sənaye istehsalının 70%-dən çoxu özəl sektorun payına düşüb"
Sənaye11:32
Azərbaycan 2025-ci ilin əvvəlindən Türkiyəyə qaz tədarükünü 3,5 % artırıb
Energetika11:30
EDB İslam maliyyəsi məhsullarını inkişaf etdirməyi planlaşdırır
Maliyyə11:29