Azərbaycanın əməliyyatı: Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir - YENİLƏNİB-2

Azərbaycanın əməliyyatı: Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir - YENİLƏNİB-2 Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.
Hərbi
13 Sentyabr , 2022 10:46
Azərbaycanın əməliyyatı: Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir - YENİLƏNİB-2

“Səhər saat 9:15-də Azərbaycan Ordusunun əməliyyatı uğurla başa çatıb. Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq”.

“Report” xəbər verir ki, bunu “Caliber” nəşri öz mənbələrinə istinadən bildirib.

Qeyd olunub ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur.

Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.

“Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə qətiyyətli cavab verildi”, - nəşr əlavə edib.

10:22

Təəssüf ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan ərazisindən təxribatlar və atəşlər davam edir. 

“Report” xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

“Maraqlıdır, Paşinyan nəyə ümid edir? Adamda belə bir fikir yaranır ki, o, ya 2020-ci ildə olduğu kimi, KTMT-ni münaqişəyə cəlb etməyə, ya da bundan sonra da ondan çıxmaq üçün bu təşkilatı nüfuzdan salmağa çalışır. İstənilən halda bundan erməni xalqı əziyyət çəkəcək”, - nəşr vurğulayıb.

09:50

Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin dünənki növbəti təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib.

Nəşrin məlumatına görə, bu gün saat 9:00-dan başlayaraq Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub.

“Ermənistanın bu razılaşmaya necə riayət edəcəyini müşahidə edəcəyik. İrəvanın keçmişdə çoxsaylı təxribatları və əldə etdiyi razılaşmaları pozması fonunda şanslar çox kövrəkdir”, - “Caliber” vurğulayıb.

Son xəbərlər

Orphus sistemi