Sentyabr döyüşlərində sərhədçilərimizin məhv etdiyi Ermənistan ordusunun texnikaları açıqlanıb

Sentyabr döyüşlərində sərhədçilərimizin məhv etdiyi Ermənistan ordusunun texnikaları açıqlanıb Ötən il 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən
Hərbi
18 Yanvar , 2023 10:04
Sentyabr döyüşlərində sərhədçilərimizin məhv etdiyi Ermənistan ordusunun texnikaları açıqlanıb

Ötən il 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

O bildirib ki, düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu, 1 ədəd S-125 ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd P-18 tipli radiolokasiya stansiyası, 2 ədəd "Jitel" radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib.

Son xəbərlər

Orphus sistemi