Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Nail Adil oğlu Abbasov Oğuz rayonunda dəfn edilib.
''Report"un şimal-qərb bürosunun məlumatına görə, 25 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Qarabaldır kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. N.Abbasov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.
Allah rəhmət etsin!