Azərbaycan hərbçiləri Türkiyə ilə birgə təlimlərdə praktik fəaliyyətləri icra edirlər

Azərbaycan hərbçiləri Türkiyə ilə birgə təlimlərdə praktik fəaliyyətləri icra edirlər Təlimlərin sabah keçiriləcək mərhələsi jurnalistlər üçün açıq olacaq
Hərbi
10 Fevral , 2021 11:10
Azərbaycan hərbçiləri Türkiyə ilə birgə təlimlərdə praktik fəaliyyətləri icra edirlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.

"Report" xəbər verir ki, təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Azərbaycanın hava desantı qrupları paraşütlərlə təyin olunan təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlar maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.

10:56

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin sabah keçiriləcək mərhələsi jurnalistlər üçün açıq olacaq. Təlimləri izləyəcək KİV nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Ankaradan Qarsa aparılıb.

Son xəbərlər

Orphus sistemi