Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib. Əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti
Hərbi
13 Dekabr , 2024 16:40
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb. Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Son xəbərlər

Orphus sistemi