Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub.
Hərbi
9 May , 2024 16:32
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.

Bu barədə “Report”a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub. Bakı şəhərində keçirilən anım mərasimlərində, həmçinin Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədovun abidələri və "Qardaşlıq Məzarlığı" da ziyarət olunub. Bundan başqa hərbi hissələrdə 9 May - Qələbə Günü münasibətilə tədbirlər keçirilib.

Son xəbərlər

Orphus sistemi