MN: "Azərbaycan Ordusunun Rusiyanın hərbi obyektinə və texnikasına atəş açması barədə məlumat yalandır"

MN: "Azərbaycan Ordusunun Rusiyanın hərbi obyektinə və texnikasına atəş açması barədə məlumat yalandır" Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
Hərbi
14 Sentyabr , 2022 17:01
MN: Azərbaycan Ordusunun Rusiyanın hərbi obyektinə və texnikasına atəş açması barədə məlumat yalandır

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi