MN: "Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib"

MN: "Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib" Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə cari ilin hazırlıq planına əsasən keçirilən sınaq imtahanları davam edir. Müxtəlif təlim mərkəzlərində keçirilən imtahanlar
Hərbi
10 Yanvar , 2024 15:27
MN: Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib

Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə cari ilin hazırlıq planına əsasən keçirilən sınaq imtahanları davam edir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Müxtəlif təlim mərkəzlərində keçirilən imtahanların növbəti günündə çətin keçilən ərazilərdə tank və piyadanın döyüş maşınlarının (PDM) idarə edilməsi, eyni zamanda, zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanlarının əsas məqsədi hərbi qulluqçuların döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi