Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilib

Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilib Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilirdi.
Hərbi
4 aprel 2025 14:54
Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilib
David Manukyan

Bakı Hərbi Məhkəməsində aprelin 4-də davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandıran zaman Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə ikən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərildiyini bildirib.

"Report" xəbər verir ki, o, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə göndərilməsindən danışıb və deyib: “Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya, Yunanıstana oxumağa göndərilirdilər. Bunlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Orphus sistemi