Zakir Həsənov: "Erməni hərbi birləşmələri hər hansı hərbi zərurət olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcərdə mina basdırıblar"

Zakir Həsənov: "Erməni hərbi birləşmələri hər hansı hərbi zərurət olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcərdə mina basdırıblar" Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
15 Dekabr , 2022 12:31
Zakir Həsənov: Erməni hərbi birləşmələri hər hansı hərbi zərurət olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcərdə mina basdırıblar

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və 4-ü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi