Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib.
"Report" xəbər verir ki, müraciət “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2.1.5-ci maddəsinin Mülki Məcəllənin 1151.1-ci, 1152-ci, 1243-cü, 1255-cü və 1321-ci maddələri baxımından şərh edilməsi ilə bağlı olub.
Qərarda deyilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2.1.5-ci və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.