Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidən görüntülər

Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidən görüntülər Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidən görüntülər lentə alınıb.
Hərbi
15 Dekabr , 2022 16:26
Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazidən görüntülər

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidən görüntülər lentə alınıb.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı traktor və hərbi avtomobilin mina partlayışından sonrakı vəziyyətini əks etdirən fotolar çəkib.

Ərazidən görüntüləri təqdim edirik.

Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

Foto: Mirzə Əlizadə

Son xəbərlər

Orphus sistemi