Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və Şəhid Mehme
Hərbi
25 Yanvar , 2025 14:51
Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ziyarət zamanı Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu Türkiyə ilə Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında hərbi əməkdaşlığın və koordinasiyanın artırılması çərçivəsində inkişaf etdirilən silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə olunan təcrübələri bölüşüb.

Son xəbərlər

Orphus sistemi