Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında növbəti uçuşu nümayiş etdiriblər
Hərbi
- 26 sentyabr, 2021
- 13:55
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.
Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb.
Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.
Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.
Son xəbərlər
17:43
Culfada avtomobil qaz xəttinə çırpılıb, beş kənd qazsız qalıb
Hadisə17:40
"Bank BTB"nin depozit portfeli 7 %-ə yaxın azalıb
Maliyyə17:37
AFFA rəsmiləri Türkiyədə səfərdə olublar
Futbol17:32
BQXK-nın Ukraynadakı nümayəndə heyətinin başçısı XİN-ə çağırıla bilər
Digər ölkələr17:31
Azərbaycan çempionatının qalibi: "Reytinqimi yüksəltmək və dünyanın ən yaxşı 100 şahmatçısı sırasına düşmək istəyirəm"
Fərdi17:27
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Sağlamlıq17:21
Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub
Daxili siyasət17:20
Milyardlıq bankdan 30 milyonluq mənfəət - "Bank of Baku"dan kəskin artım!
Maliyyə17:19