Azərbaycanın Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir - VİDEO
- 21 avqust, 2015
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hərbi Hava Qüvvələrinin uçuş, mühəndis-texniki heyəti, o cümlədən bort və yerüstü xidmətlərin mütəxəssislərinin iştirakı ilə keçirilən məşqlərdə aviasiya vasitələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər və bir sıra xüsusi tapşırıqları yerinə yetirir, şəxsi heyətin təlim-döyüş təcrübəsi üzrə vərdiş və bacarıqlarını təkmilləşdirirlər.
Təlim-məşqlərdə pilotlar hərəkət edən və hərəkətsiz yerüstü hədəfləri, müxtəlif obyektləri, şərti düşmənin zirehli texnikası, helikopteri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsi və tanınması tapşırıqlarını da icra edirlər”, - nazirlikdən bildirilib.
Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin Avropa işləri naziri Orhan Murtezani (@OMurtezani) ilə keçirdiyimiz görüşdə ölkələrimizin energetika, #investisiya-lar, #ticarət, #turizm və aqrar sahə üzrə birgə fəaliyyətinin təşviqi perspektivlərini qeyd etdik.… pic.twitter.com/A82EboVAGo
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 21, 2025