Fransanın Le-Burje kommunasında illik beynəlxalq aerokosmik sərgi açılıb

Fransanın Le-Burje kommunasında illik beynəlxalq aerokosmik sərgi açılıb Fransa prezidenti Emmanuel Makron sərginin açılışına "Airbus A400M" hərbi təyyarəsində gəlib
Hərbi
19 İyun , 2017 13:38
Fransanın Le-Burje kommunasında illik beynəlxalq aerokosmik sərgi açılıb

Bakı. 19 iyun. REPORT.AZ/ Fransanın Le-Burje kommunasında illik beynəlxalq aerokosmik sərgi açılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron sərginin açılışına "Airbus A400M" hərbi təyyarəsində gəlib.

Qarşılanma mərasimindən sonra "Patrouille de France" pilotaj qrupunun iştirakı ilə aviaparad keçirilib.

Qeyd edək ki, sərgi artıq 52-ci dəfə təşkil olunur. Bu il sərgidə 47 ölkədən olan 2 mindən çix şirkət iştirak edir. 27 milli pavilyon açılıb.

Bu il sərgidə yeni məhsul qismində "A380plus" nümayiş etdirilir: "Airbus" aviatikinti konserni dünyanın ən böyük sərnişin təyyarəsinin (A380) yenilənmiş versiyasını təqdim edib. "A380plus" əvvəlki versiya ilə müqayisədə əlavə 80 sərnişin daşıya və 55 km daha çox uça biləcək.

Sərgi iyunun 25-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi