Ermənilərin “qələbə” simvolu olan tank Bakıya gətirilib, Hərbi Qənimətlər Parkında yerləşdirilib - YENİLƏNİB

Ermənilərin “qələbə” simvolu olan tank Bakıya gətirilib, Hərbi Qənimətlər Parkında yerləşdirilib - YENİLƏNİB Ermənilər Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Hərbi
23 Sentyabr , 2023 13:00
Ermənilərin “qələbə” simvolu olan tank Bakıya gətirilib, Hərbi Qənimətlər Parkında yerləşdirilib - YENİLƏNİB

Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri T-72 tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

“Report”un xəbərinə görə, texnika nümayiş olunması üçün parkda quraşdırılıb.

12:44

Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri T-72 tankı demontaj olunaraq ərazidən götürülüb və Bakıya gətirilib.

“Report”un xəbərinə görə, hazırda texnika nümayiş olunması üçün Hərbi Qənimətlər Parkında quraşdırılır.

Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika oradan götürülüb.

Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər.

Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.

Foto: Cavid Osmanov

Son xəbərlər

Orphus sistemi