"Ən yaxşı komando bölüyü" yarışı keçirilib

"Ən yaxşı komando bölüyü" yarışı keçirilib Təsdiq olunmuş 2022-ci tədris ili üçün hazırlıq planına əsasən Quru Qoşunlarında “Ən yaxşı Əməliyyat (komando) bölüyü” adı uğrunda yarış keçirilib. Yarışda iştirak edən komandolardan ardıcıl olaraq sıra baxışı, fiziki hazırlıq, atəş hazırlığı və taktiki
Hərbi
8 dekabr 2022 12:56
Ən yaxşı komando bölüyü yarışı keçirilib

Təsdiq olunmuş 2022-ci tədris ili üçün hazırlıq planına əsasən Quru Qoşunlarında “Ən yaxşı Əməliyyat (komando) bölüyü” adı uğrunda yarış keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışda iştirak edən komandolardan ardıcıl olaraq sıra baxışı, fiziki hazırlıq, atəş hazırlığı və taktiki hazırlıq üzrə məqbullar qəbul edilib.

Hərbi qulluqçuların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışın mərhələləri üzrə verilən tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə icra edilib.

Son xəbərlər

Orphus sistemi